Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar.
Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir.
Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır.
Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür.
Mühərrik yağı mühərriyin mühüm elementidir. Yağ yalnız xassələrinin mühərriyin yağlayıcı sistemində onun məruz qaldığı termiki, mexaniki və kimyəvi təsirlərə uyğun olduğu halda funksiyalarını uzun müddət və etibarlı yerinə yetirə bilər. Mühərriyin quruluşu, onun istismar şərtləri və yağın xassələrinin qarşılıqlı uyğunluğu mühərrikin yüksək etibarlılığının şərtidir.
Xüsusiliyi və tətbiq şəraiti
Hidromexaniki ötürücülər üçün yağların təyinatının xüsusiliyi və tətbiq şəraitləri onlara olan aşagıdakı tələbləri(bir sıra hallarda ziddiyyətli) müəyyənləşdirilmişdir: işçi temperaturların bütün intervalında asan yağlamağa malik olmalıdır;
friksion disklərin ilişməsini təmin edən zəruri friksion xassələri t.min etməlidir;
diyircəkli yastıqların dişli ötürücülərin və baçqa sürtünən hissələrin yeyilməsini azaltmalıdır;
sürtünmə zonasından istiliyin ötürülməsini təmin etməklə və yeyilmə məhsullarını və digər mexaniki qarışıqları çıxarmalıdır;
metalları korroziyadan qorumalı, sıxlaşdırıcılar dağıtmamalıdır;
sabit tərkibə malik olmalı, buxarlanma və parçalanma xassələrinin kimyəvi proseslərlə dəyişmələrinə qarşı dayanıqlı olmaqla çöküntülər əmələ gətirməlidirlər. Hidromexaniki ötürücülər qutusu olan texnikalarda A və МГТ növlü yağlar geniş işlədilir. A-tərkibində antioksidləşdirici və yeyilməyə qarşı(ДФ-11) detergent- dispersiyalı(МАСК), depressorlu (ПМД-Д) və köpüklənməyə qarşı(ПМС-200А) aşqarlar olan, poliizobutilenlə qatılaşdırılmış dərin selektiv təmizlənmiş yağdır. Avtomobillərin və digər maşınların hidromexaniki ötürücülər qutusunda və hidrotrasformatorlarda bütün mövsümlü yumşaq iqlim rayonlarında işlədilir. Yüksək termiki oksidləşdirmə sabitliyinə, yaxşı temperatur xassələrinə malikdir. Hidromexaniki ötürücülərdə yağların tətbiq şəraitinin öz xüsusiyyətləri vardır. Əsas təyinatını – enerjinin ötürülməsini yerinə yetirərək, yağlar, həmçinin sürtünmə hissələrinin yağlanmasını təmin edirlər. МГТ əvəzedici yağ növüdür. A növlü yağ МГТ növlü yağla istənilən nisbətdə uyğunlaşır, müxtəlif hidravlik sistemlərdə, hidroamortizatorlarda və rulun hidrogücləndiricilərində işçi maye kimi tətbiq oluna bilər. МГТ – tərkibində yüksəkkeyfiyyətli aşqarlar kompleksi olan, aşağı molekulyar polimerlərlə qatılaşdırılmış zəif özlülüyə malik aşağı temperaturda donan yağdır. Bütün mövsümlü 500C-dək, A növlü yağlar analoji tətbiq olunur. A növlü yağ əvəzedicidir.